...

Əminik ki, davamlı sülh həm Azərbaycan, həm də Ermənistanın maraqlarına xidmət edir - Qabrielius Landsbergis

Siyasət Materials 8 May 2023 11:39 (UTC +04:00)
Əminik ki, davamlı sülh həm Azərbaycan, həm də Ermənistanın maraqlarına xidmət edir - Qabrielius Landsbergis

Bakı. Trend:

Əminik ki, davamlı sülh həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir.

Trend bazar ertəsi xəbər verir ki, bunu bu gün Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Vilnüsdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.

"İkitərəfli söhbətimizdə həmkarıma bildirdim ki, Cənubi Qafqazdakı vəziyyəti çox diqqətlə, böyük narahatlıqla və eyni zamanda sülh tənzimlənməsinə böyük imidlə izləyirik. Əminik ki, davamlı sülh həm Azərbaycan, həm də Ermənistanın maraqlarına xidmət edir", - o deyib.

Nazir həmçinin Litvanın Avropa İttifaqı və ABŞ-nin Azərbaycanla Ermənistan arasında danışıqlara yardım səylərini qətiyyətlə dəstəklədiyini əlavə edib.

Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti