Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların yaxın zamanda yekunlaşacağına ümid edirəm.
Trend bazar ertəsi xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Vilnüsdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.
"Azərbaycan-Aİ münasibətlərinə gəlincə, ümid edirəm ki, tərəflər arasında yeni saziş üzrə danışıqlar ən qısa zamanda yekunlaşacaq. Aİ Avropaya enerji daşıyıcıları tədarükünün diversifikasiyasında Azərbaycanın rolunu qiymətləndirir", - o deyib.
Xatırladaq ki, Aİ və Azərbaycan hazırda yeni hərtərəfli saziş üzrə danışıqlar aparır. Yeni sazişin geniş spektrli sahələr, o cümlədən iqtisadiyyatın diversifikasiyası, investisiyalar, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə üzrə əməkdaşlığı genişləndirəcəyi gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)