...

Türkiyə və Rusiya xarici işlər nazirlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Siyasət Materials 10 May 2023 12:50 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Rusiya xarici işlər nazirlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter hesabında qeyd edib.

“Suriya ilə bağlı xarici işlər nazirlərinin dördtərəfli iclasından əvvəl rus həmkarım Lavrovla Suriya, Ukrayna və Qafqazdakı məsələləri və Taxıl Sazişini müzakirə etdik”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü başlayıb.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Suriya xarici işlər naziri Feysəl əl-Mikdad iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti