...

Paşinyan yenə "artistlik" edir - Ermənistan dünyanı aldatmaq istəyir

Siyasət Materials 19 May 2023 11:09 (UTC +04:00)
Paşinyan yenə "artistlik" edir - Ermənistan dünyanı aldatmaq istəyir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı yenə Ermənistanı “sülhsevər”, “demokratik” qiyafəsində təqdim etməyə çalışıb. Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderləri arasında razılaşma əldə olunduğunu, ona əsasən, tərəflərin münasibətlərini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında tənzimlədiyini, sovet Ermənistanı ilə sovet Azərbaycanının inzibati sərhədlərinin dövlətə çevrildiyini dilə gətirib. Lakin Ermənistanın sön günlərdə ardıcıl olaraq Azərbaycana qarşı törətdiyi təxribatlar Paşinyanın səmimi olmadığını və beynəlxalq ictimaiyyəti aldatdığını aydın şəkildə göstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Paşinyanın bu açqlamaları bir daha göstərir ki, o, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

“Çünki Paşinyanın dedikləri ilə etdikləri arasında fərq çox böyükdür. Bir tərəfdən guya Ermənistanın sülh tərəfdarı olduğunu, demokratik dəyərlərə önəm verdiyini çıxışlarında qeyd edir, digər tərəfdən isə tam əksini edir. Belə ki, mütəmadi olaraq ermənistan silahlı qüvvələri tətrəfindən Azərbaycana qarşı təxribatlar törədilməsi, hücumlar edilməsi Paşinyanın nə qədər yalan danışmasının əyani sübutudur.

Elə dünən səhər saatlarında Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı döyüş PUA-ları tətbiq etməklə təxribat törədib. Bu bir daha gösdtərir ki, Paşinyanın çıxışları, açıqlamaları qeyri-səmimidir və o riyakarlıq edir və beynəlxalq ictimaiyyəti çaşdırmağa, aldatmağa cəhd edir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə bildirib ki, Azərbaycan tərəfidnən 44 günlük Vətən müharibəsində sərgilənən qətiyyət postmüharibə dövründə də davam edir.

“Məhz bunun, Prezident İlham Əliyevin rəhbrəliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, artıq Ermənistan tərəfi reallığı qəbul edir”.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışında “Ermənistan Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisi ilə ərazi bütövlüyünü tanıyır. Azərbaycan da öz növbəsində Ermənistanın 29 800 kvadrat ilometr ərazisi ilə ərazi bütövlüyünü tanıyır” deyə bəyan etməsi də bunu bir daha təsdiqləyir.

“2020-ci il noyabrın 10-da və ondan sonra tərəflər arasında bir sıra razılaşmalar imzalandı. Lakin Ermənistan bu vaxta qədər həmin razılaşmalara əməl etmirdi. Bununla belə onlar gördülər ki, Azərbaycan bu məsələdə necə qətiyyətlidir. Eyni zamanda başa düşdülər ki, razılığa gəlməsələr bu, onlar üçün daha ağır itkilərə səbəb olacaq. Ancaq Paşinyanın səmimiliyinə inanmaq çətindir çünki Ermənistan hər zaman beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə bəyanatlar verir lakin təxribatlara əl atır. Ümid edək ki, heç olmasa bundan sonra ağıllı addımlar atacaq, sülh sazişinin imzalanmasına mane olacaq hər hansı təxribata yol verməyəcəklər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti