...

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılmalıdır - Lavrov

Siyasət Materials 19 May 2023 15:26 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələri açılmalıdır və əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılmalıdır. Sülh sazişi üzərində aktiv şəkildə işlər görülür.

Trend cümə günü xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib.

O, həmçinin "ikinci yol" adlanan xətt üzrə ekspertlərin, ictimai təşkilatların və parlamentarilərin əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

"Təcrübə bunu göstərir və hesab edirəm ki, bu etimadın möhkəmlənməsi üçün əlavə addım qismində olduqca mühümdür", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti