...

Azərbaycan Litvanın təcrübəsindən yararlana bilər - İlqar Vəlizadə

Siyasət Materials 23 May 2023 12:26 (UTC +04:00)
Azərbaycan Litvanın təcrübəsindən yararlana bilər - İlqar Vəlizadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Litva ilə münasibətləri strateji əməkdaşlıq çərçivəsindədir. Bu münasibətlər uzun illərdir inkişaf edir.

Bu barədə Trend-ə açıqlamasında İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə deyib.

"Prezident İlham Əliyevin ötən gün Litvaya baş tutan səfəri çox önəmlidir. Azərbaycanın Litva ilə münasibətləri strateji əməkdaşlıq çərçivəsindədir. Bu münasibətlər uzun illərdir inkişaf edir. İndiki geosiyasi gərginlik şəraitində bu dialoqun daha böyük əhəmiyyəti var. Çünki Litva Avropa İttifaqının üzvlərindən biridir. Avropa İttifaqında Azərbaycanın mövqlərini o cümlədən ərazi bütövlüyü. enerji layihələrinin həyata keçirilməsi ilə bağlı mövqelərini hər zaman dəstəkləyib. Azərbaycan Litva münsaibətləri eryni zamanda yol nəqliyyat laiyhələrinin reallaşdırılmasında çox önəmliurol oynayır. Əlbəttə ki, bununla bizim münasibətlərimiz yekunlaşmır. Eyni zamnda ekolgiya sahəsində də Litvanın təcrübəsindən yararlana bilərik. Digər tərəfdən qeyi-neft məhsullarının istehsalı ilə bağlı birgə layihələrdə bizim üçün önəmlidir", - deyə İ.Vəlizadə bildirib.

O həmçinin əlavə edib ki, keçən il Azərbaycanda baş tutan Azərbaycan-Litva biznes forumu çərçivəsində imzalanan sənədlər imkan verdi ki, bu il ərzində bizim bəzi şirkətlərimiz Litva və yaxınlıqda olan digər ölkələrin bazarlarına çıxsınlar.

"Litva investorları da Azərbaycana maraq göstərirlər. Ələt Azad İqtisadi Zonasında Azərbaycan Litva üçün böyük imkanlar yaradır. Düşünürəm ki, litvalı biznesmenlər bu imkandan yaralana bilərlər", - deyə İ. Vəlizadə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti