...

Azərbaycanın mina təhdidinə qarşı mübarizəsi bir çox ölkə üçün nümunədir - Adriana Aristizabal

Siyasət Materials 26 May 2023 14:09 (UTC +04:00)
Azərbaycanın mina təhdidinə qarşı mübarizəsi bir çox ölkə üçün nümunədir - Adriana Aristizabal
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın mina təhdidinə qarşı mübarizəsi bir çox ölkə üçün nümunədir.

Trend cümə günü xəbər verir ki, bunu bu gün jurnalistlərə "iVoice Communications"ın təsisçisi və baş direktoru, keçmiş müharibə müxbiri və "Roots of Peace" beynəlxalq konsultativ şuranın üzvü Adriana Aristizabal "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda 2-ci beynəlxalq konfransın kuluarlarında deyib.

"Azərbaycanın minatəmizləmə üzrə təcrübəsindən mütəəssir oldum. Dünən Ağdamda gördüklərim məni heyrətə saldı. Azərbaycan hökumətinin və insanlarının əraziləri minalardan təmizləmək üçün necə birlikdə olduqlarını görmək dünyanın bir çox ölkəsi üçün nümunədir. Azərbaycan çox dayanıqlı ölkədir. Öyrəndim ki, Azərbaycan ərazisi yüz minlərlə mina ilə çirklənib. Lakin ölkədə reallaşdırılan proqramların köməyilə tezliklə Azərbaycan bütün məcburi köçkünləri öz doğma torpaqlarına qaytara biləcək", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti