...

Azərbaycan və Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığa görə Prezident İlham Əliyevə təşəkkür edirəm - Rumen Radev (VİDEO)

Siyasət Materials 1 İyun 2023 12:05 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığa görə Prezident İlham Əliyevə təşəkkür edirəm - Rumen Radev (VİDEO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Kişinyov. Trend:

Azərbaycan ilə Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığa görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev Kişinyovda keçirilən 2-ci Avropa Siyasi Sammiti çərçivəsində jurnalistlərə deyib.

"Ölkəmizin yaxın dostu olan Prezident İlham Əliyev son altı ayda iki dəfə Bolqarıstana səfər edib. Bu yaxınlarda mən də Azərbaycanda oldum. Biz birlikdə Azərbaycandan əlavə qaz tədarükü ilə bağlı Avropa vizyonunu reallaşdıra bildik, bu vizyonu reallığa çevirə bildik. Biz imkanları birləşdirmişik və indi Azərbaycan qazının Mərkəzi və Şərqi Avropaya axmasını təmin etmək üçün bütün lazımi addımları atmışıq. Bu, Avropanın enerji təhlükəsizliyi üçün ciddi nailiyyətdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Anlaşma Memorandumu Avropaya əlavə qaz tədarükü üçün qaz nəqli sistemlərinin dörd operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik halqası” adlanan təkmilləşdirilmiş qaz ötürücü sistemlər şəbəkəsi vasitəsilə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti