...

Mimi sammiti: İrəvanın məğlubiyyəti, Bakının iradəsi

Siyasət Analytics 1 İyun 2023 15:54 (UTC +04:00)
Mimi sammiti: İrəvanın məğlubiyyəti, Bakının iradəsi
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Moldovanın paytaxtı Kişineuda bu gün keçirilən "Avropa Siyasi Birliyi" sammiti həm də Bakının iradəsinin təzahürü və İrəvanın daha bir geosiyasi məğlubiyyətinin arenasına çevrildi.

Sammitin təşkilatçılarından və təşəbbüskarlarından biri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla bugünkü görüş çox önəmlidir.

“Bu gün vacib bir görüş olacaq. Bir neçə həftə əvvəl mənim Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım oldu. Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradənin bir daha təsdiqlənməsi üçün fürsət olacaq”, - Ş.Mişel deyib.

“Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı bu gün Kişineudan 35 kilometr aralıda yerləşən Mimi qəsrində başlayır.

Burada 47-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.

Sammitin əsas mövzuları sülh və təhlükəsizlik üçün birgə səylər, enerji davamlılığı və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri, daha sabit qitə üçün Avropada qarşılıqlı əlaqədir.

Mimidə başlanmış sammit təbii ki, dünya mediasının, xüsusilə də Qərb jurnalistlərinin və siyasi analitiklərinin diqqət mərkəzindədir.

Britaniyanın və dünyanın ən nüfuzlu qəzetlərindən olan "Financial Times"in redaktoru Toni Barber hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin nizamlanması və yekun sülh sazişinin imxalanması qlobal geosiyasətdə bir sıra mesajlara səbəb olardı.

T.Barber əmindir ki, sülh sazişinin imzalanması dünyaya dörd siqnal göndərəcək.

1) Bu, keçmiş Sovet İttifaqında 1988-ci ildə başlayan uzunmüddətli ərazi münaqişəsinə son qoyacaq.

2) Bu, Avropa İttifaqı,ABŞ, Rusiya, Türkiyə, İran və Çinin sərt mübarizə apardığı kövrək region olan Cənubi Qafqazda sabitliyə töhfə verəcək.

3) Razılaşma göstərəcək ki, Ukraynadakı müharibəyə və vasitəçilərin Cənubi Qafqazdakı diplomatik səylərinin tam şəkildə əlaqələndirilməməsinə baxmayaraq, Qərb hökumətləri və Rusiya münaqişənin həllinin onların ümumi maraqlarına uyğun olduğu qənaətinə gələ bilərlər.

4) Ən əsas və ciddi siqnal isə iqnal geosiyasətin sərt reallıqları baxımından daha açıq olardı. Nizamlamanın əlçatan olmasının səbəblərindən biri də Bakının İrəvanla hərbi hesablaşmada üstünlüyü olmasıdır. Şübhəsiz ki, bu dərs ukraynalıların diqqətindən yayınmayacaq.

Lakin əfsuslar olsun ki, Kişineu, daha doğrusu, Mimi sammiti Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində ciddi irəliləyişin qeydə alınacağı məkana çevrilməyəcək. İlham Əliyev, Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel və Emmanuel Makronun iştirakı ilə keçiriləcək görüşün prosesdə əhəmiyyətli mərhələyə çevrilməsinin əsas maneəsi Emmanuel Makrondur.

Aşkar ermənipərəst mövqe tutan və Azərbaycana qarşı paroksizm, nifrət həddinə çatan münasibətini gizəltəmyən Makroun bu danışıqlarda iştirak etməməsi ən məqbul variant olardı. Lakin Mimi sammiti Makrona daxili siyasi arenada mövqelərini möhkəmləndirmək, daha sadə desək, Fransadakı təqribən 332 min erməni seçicinin səslərini qazanmaq, bu minvalla parlament və prezident seçkilərində məğlub olmamaq üçün gərəkdir.

Emmanuel Makronun Bakı-İrəvan danışıqlarında obyektiv vasitəçi olmaq və ya ədalətli moderator rolunda çıxış etmək imkanı ilə niyyəti yoxdur. Onun balans yaratmaq qabiliyyəti də yoxdur.

Almaniyanın baş naziri Olaf Şoltsun danışıqlarda iştirakı isə məhz Şarl Mişelin istəyi və təkidi ilə baş tutmuş olaydır. Avropa İttifaqı Şurasının prezidenti əla bilir ki, Makronun Bakıya, Bakının da Makrona münasibəti mənfidir.

Daha doğrusu, rəsmi Bakı Fransa prezidentini vasitəçi kimi yox, siyasi möhtəkir və ermənidən artıq erməni olduğunu göstərməyə çalışan istedadsız aktyor qismində qəbul edir.

Ümumiyyətlə isə, Emmanuel Makronun sammitdəki görüşdə iştirakı Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə aparan yolda sürətlənmə yaratmaq əvəzinə, əlavə süni maneələrin yaranmasına səbəb olacaq.

Lakin Makronun bütün səylərinə və Ermənistanın baş naziri Nikol Paşinyanın volüntarist ritorikasına rğəmən, Kişineudakı sammit artıq İrəvanın məğlubiyyəti, Bakının isə qətiyyətlə iradəsinin izharı oldu.

Danışıqların hansı nəticə və nə ilə başa çatacağından asılı olmayaraq, Mimi saray kompleksindəki sammit yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesə əhəmiyyətli təkan sayıla bilər. Belə ki, görüş və müzakirələr tərəflər arasında mübahisəli məqamların azalmasına, fikir ayrılıqları səviyysinin aşağı salınmasına vəsilə olmaqla yanaşı, danışıqların Vaşinqton və Brüssel formatının Moskva müstəvisini istələməsinin göstəricisidir.

Sammit ABŞ və Avropa İttifaqının vasitəçilik səylərinin real uğuru, habelə müzakirələr formatında Qərb maraqlarının əsas vasitəçi rolunu əlində saxlamağa çalışan Rusiyanın mənafelərini üstələməsinin nümunəsi də sayıla bilər.

Xatırladaq ki, Prezident Əliyev 28 mayda Laçına səfəri zamanı çıxışında Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - Prezident Əliyev vurğulamışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə dövlət başçımızın açıqlamasını belə şərh etmişdi: “Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.

Göründüyü kimi, ABŞ, Avropa İttifaqı və Azərbaycan hazırda faktiki olaraq ümumiləşdirimiş mövqedən çıxış edir, İrəvanın az qala hər gün dəyişən və fərqli məzmunlara çevrilən ritorikasını zərərsizləşdirməyə çalışırlar.

ABŞ prezidenti Corc Bayden, dövlət katibi Entoni Blinken və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin aktiv səylərindən sonra İrəvanın ritorikasının əsasını hazırda üç məqam təşkil edir: qarabağlı ermənilərin hüquq və təhlükəsizlərinin təminatı üçün beynəlxalq mexanizmlərin formalaşdırılması, sərhədin delimitasiyası və demarkasiyasındanə vvəl anklavların azad olunanaq mübadilə edilməsi, danışıqların Bakı-Xankəndi müstəvisinə keçirilməsi.

Azəobaycanınr Kişineu sammitindəki danışıqlar razılaşmasının əsas səbəbi də məhz Brüsseldə keçirilmiş son müzakirələrdə əldə edilmiq nəticələrin Moldovanın paytaxtındakı təmaslara inikas edilməsi idi.

Danışıqlarda Fransa prezidenti Emmanuel Makronun moderatorluq etməyə can atdığını nəzərə alsaq, məhz Brüsseldə əldə edilən nəticələr (Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Şarl Mişelin Mimi sammitindəki danışıqlarda iştirakı və beləcə, Makronun vəziyyətə təsir imkanlarıın minimuma endirilməsi, Bakı-Xankəndi danışıqlarının yolverilməzliyi və bu marazmatik istəyin rəsmi Bakı ilə qarabalı ermənilərin nümayəndələrinin reinteqrasiya ilə bağlı müzakirələrə başlaması) Nikol Paşinyanın manevr imkanlarını heçə endirdi.

O, artıq heç bir danışıqda və ya müzakirələrdə “Qarabağ Azərbaycan ərazisi deyil” söyləyə bilməyəcək.

Buna Bakı imkan verməyəcək, Vaşinqtonla Brüssel isə Paşinyanın mümkün qeyri-adekvatlağının baş tutması üçün bütün vasitələri işə salacaq.

Əsas olan budur ki, Kişineu müzakirələri Azərbaycanla Ermənistan arasında sülh, habelə dövlətlərarası münasibətlərin formalaşması yönündə ciddi addım ola bilər.

Daha doğrusu, olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti