...

Ərdoğanın ilk səfər edəcəyi ölkə MƏLUM OLDU - Tarix də bilinir

Siyasət Materials 9 İyun 2023 13:49 (UTC +04:00)

Bakı. Trend:

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra ilk rəsmi xaricə səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edəcək.

Trend xəbər verir ki, R.T.Ərdoğanın bu ölkəyə səfərinin gələn həftənin çərşənbə axşamı baş tutacağı gözlənilir. Bir dövlət ənənəsi olaraq Türkiyədə prezidentlər seçilərkən ilk olaraq ŞKTC-yə gəlirlər.

Lakin onu da qeyd edək ki, Türkiyənin nüfuzlu "Yeni Şafak" qəzetinin məlumatına görə, Ərdoğan ŞKTC-dən sonra, Azərbaycana səfərə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti