Pakistanın Baş naziri Azərbaycana gəlir (YENİLƏNİB)

Siyasət Materials 13 İyun 2023 14:53 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Baş naziri Şahbaz Şərif bu günlərdə Azərbaycana səfər edəcək.

Bu barədə çərşənbə axşamı Trend-ə diplomatik mənbədən bildiriblər.

Səfər zamanı danışıqların əsas mövzusunu ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanla Pakistan arasında əmtəə dövriyyəsi 2023-cü ilin yanvar-aprel aylarında 10,7 milyon dollar olub. Hesabat dövründə Azərbaycandan Pakistana ixrac 886 230 milyon dollar, ölkədən idxal isə 9,8 milyon dollar təşkil edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:

Xəbər lenti

Xəbər lenti