...

Azərbaycan İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsini dayandırır

Siyasət Materials 16 İyun 2023 20:17 (UTC +04:00)
Azərbaycan İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsini dayandırır

Bakı. Trend:

23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti