Bakı. Trend:
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Trend-ə müsahibəsində sərhəddə Ermənistan ordusunun hazırlıq vəziyyətinə gətirilməsi, vaxtaşırı təxribatlara əl atması, bölgədə baş verən proseslər barəsində ünvanlanan sualları cavablandırıb.
"Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini qəbul etmir və təxribatlara davam edir. Bir tərəfdə Vaşinqton, Brüsseldə keçirilən görüşlərdə sülhdən, sabitlikdən danışır, Qarabağın Azərbaycan torpaqları olduğunu, Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini deyir, digər trəfədən isə silahlanır. Bir dövlət həm sülh istəyib, həm də silahlanmamalı, terrorçu fəaliyyətlər, təxribatlar törətməməlidir. Dünyanın ən ağır məğlubiyyətini yaşayan Ermənistan təxribatlar törədərək zaman qazanmağa davam edir. Təbii ki, bunu tək başına etmir. İran və Fransa, Rusiya başda olmaq üzrə onu dəstəkləyənlər var. Onlara arxalanaraq dövlət əxlaqına yaraşmayan davranışlar sərgiləyir", - deyə o bildirib.
Ehtiyatda olan general Yücel Karauzun mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: