...

Bu il Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə işlərinə dəstək üçün milyon funt sterlinq bağışlayıb - Səfir

Siyasət Materials 22 İyun 2023 20:09 (UTC +04:00)
Bu il Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə işlərinə dəstək üçün milyon funt sterlinq bağışlayıb - Səfir

Bakı. Trend:

Bu il biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizlənməsi üçün Britaniyanın dəstəyinin ilk milyon funt-sterlinqini köçürdük.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

“Bu il ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin 22 nümayəndəsinə britaniyalı təlimatçılar tərəfindən partlamamış hərbi sursatlarla mübarizə üzrə təlim keçilib.

Həmçinin bu il Azərbaycan və Türkiyə gömrük orqanları ilə beynəlxalq sərhədlərdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə ilk dəfə üçtərəfli tərəfdaşlıq üzərində işlərə başlanılıb”, - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti