...

Ceyhun Bayramov Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Siyasət Materials 26 İyun 2023 06:44 (UTC +04:00)
Ceyhun Bayramov Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Trend-in məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

"Ordumuzun yaradılmasının 105-ci ildönümü, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi məsuliyyətli işlərində uğurlar arzulayıram! Silahlı Qüvvələr günümüz mübarək!", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti