Bakı. Trend:
ABŞ Ermənistan və Azərbaycanın razılığın əldə olunması üçün birgə fəaliyyətini dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ABŞ dövlət katibi Entoni Blinken yazıb.
"Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla sülh danışıqları aparırıq. Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik. Dialoq davamlı sülhün açarıdır", - deyə o yazıb.
Qeyd edək ki, bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirib.
Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.
Hazırda ikitərəfli nazirlər görüşü keçirilir.
Danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.
Twitter: @Lyaman_Zeyn