...

Azərbaycan ilə Litva arasında münasibətlərdə mühüm nəticələr əldə edilib - Səfir

Siyasət Materials 7 İyul 2023 01:52 (UTC +04:00)
Azərbaycan ilə Litva arasında münasibətlərdə mühüm nəticələr əldə edilib - Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Son dörd il ərzində Azərbaycan ilə Litva arasında münasibətlərdə çoxsaylı mühüm nəticələr əldə olunub.

Trend xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas Dövlət Gününə (Litva Kralı Mindauqasın tacqoyma mərasimi) və səfirin Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş tədbirdə deyib.

"Litvanın Azərbaycandakı səfiri kimi fəaliyyətimin dörd ili ərzində ölkələrimiz arasında əməkdaşlıqda mühüm nəticələr əldə edilib. İki əsas nailiyyəti xüsusilə qeyd etmək istərdim: bunlardan birincisi ötən ilin mayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri, ikincisi isə bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəridir", - deyə o bildirib.

Navikas Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən xoşbəxt olduğunu bildirib.

Səfir Azərbaycandakı diplomatik dairələrə də təşəkkürünü bildirib, onların böyük dostluq nümayiş etdirdiyini qeyd edib.

Bundan əlavə, Navikas səfirlikdəki həmkarlarına və Litva şirkətlərinə də minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq qarşılıqlı maraq doğuran müxtəlif sahələri, o cümlədən siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələri əhatə edir. İki ölkə əməkdaşlığı genişləndirmək və əlaqələri gücləndirmək üçün birgə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti