Bakı. Trend:
Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur!
Trend xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
"Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur! Əks halda, niyə raket hücumları və Azərbaycana qarşı təcavüzü nəticəsində 12 uşaq da daxil olmaqla, onlarla günahsız uşağı qətlə yetirən ölkə uşaq ölümlərindən məkrli siyasəti üçün sui-istifadə etsin?", - Ayxan Hacızadə bildirib.