Bakı. Trend:
Belçika və Azərbaycan arasında əlaqələrin dərinləşməsini istəyirik.
Trend xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadjca Lahbibi Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə keçirilən mətbuat brifinqində deyib.
“İkitərəfli əlaqələr, ticarət, investisiya sahəsində bir sıra məsələləri müzakirə etdik. Bugünki görüş müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət oldu”,- deyə o, əlavə edib.