Bakı. Trend:
Avropa İttifaqında Azərbaycanı vacib tərəfdaş hesab edirik.
Trend xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadja Lahbibi Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə keçirilən mətbuat brifinqində deyib.
“Aİ bu münasibətlərə hörmətlər yanaşır və istərdik ki, bu əməkdaşlıq daha da inkişaf etsin. Azərbaycan enerji təchizatında çox önəmli rol oynayır. Həmçinin, Ukraynaya yardım mövzusunda Azərbaycana xüsusi olaraq təşəkkür edirik”,- deyə o, əlavə edib.
Qeyd edək ki, Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 22-də Ermənistana, bu gün isə Azərbaycana səfər edib.