...

Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında konstruktiv rol oynaya bilər - Lavrov

Siyasət Materials 31 Avqust 2023 21:21 (UTC +04:00)
Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında konstruktiv rol oynaya bilər - Lavrov

Bakı. Trend:

Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Moskvada görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Moskva 2022-ci ilin noyabrından başlayaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, o cümlədən kommunikasiyaların açılması və böhrandan sonrakı bərpa üzrə əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır. Biz əminik ki, Türkiyə bu səylərdə konstruktiv və faydalı rol oynaya bilər”, - deyə Sergey Lavrov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti