...

Holokosta məruz qalan şəxslərin Nyu-York Assosiasiyası ermənilərin Azərbaycanı qaralama kampaniyasını qınayıb

Siyasət Materials 13 Sentyabr 2023 14:24 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Holokosta məruz qalan şəxslərin Nyu-York Assosiasiyası Azərbaycana dəstək olaraq dünyanın böyük mərkəzlərinə Holokost yaddaşının öyrənilməsi və qorunub saxlanılması ilə bağlı rəsmi müraciət göndərib.

Trend bu barədə çərşənbə günü xəbər verir.

"Biz, Holokosta məruz qalmış yəhudilər, dini və ictimai təşkilatların rəhbərləri ilə birgə sizdən İsrailin strateji tərəfdaşı olan Azərbaycana qarşı yönəlmiş xarici siyasət təbliğatında istifadə aləti olaraq həyasızcasına Holokostdan istifadə olunmasına qarşı təşəbbüsümüzü dəstəkləməyinizi xahiş edirik", - assosiasiyanın bəyanatında deyilir.

Assosiasiya üzvləri qeyd ediblər ki, ermənilərin Holokost simvolikasından abırsızca istifadə etməsi "Holokostun açıq şəkildə dəyərsizləşdirilməsi və faciənin öz paytaxtlarında milliyyətçi əlaltılara abidələr qoyanlar tərəfindən mənimsənilməsi"dir.

Bundan əvvəl Avropa, ABŞ və müsəlman ölkələrindən olan ravvinlər, eləcə də, çox sayda yəhudi mediası bütün dünyada Holokost simvolikasının erməni siyasi xadimlər, o cümlədən, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycanı qaralama kampaniyası kimi istifadəsinə etirazlarını bildiriblər.

Sentyabrın 6-da avropalı ravvinlər Ermənistan hökumətinin Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibətini yəhudilərin üzləşdiyi Holokostla müqayisə etməsi ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyana məktub ünvanlayıb. Məktubda ravvinlər hər hansı siyasi məqsədlərə nail olmaq naminə erməni təbliğatının Holokost mövzusundan istifadəsinə dərhal son qoyulmasını tələb ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti