Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Avropa İttifaqından isə Trend-ə bildirilib ki, Toivo Klaarın Azərbaycana səfəri yaxın günlərdə baş tutacaq.
Qeyd edək ki, T. Klaar hazırda Ermənistanda səfərdədir.
Xatırladaq ki, 16 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.