...

Qarabağın erməni əhalisi separatist rejim tərəfindən köçə məcbur edilib - Səfir (VİDEO)

Siyasət Materials 6 Oktyabr 2023 16:48 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın erməni əhalisi silahlı separatist rejimin rəhbərləri tərəfindən köçə məcbur edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniya televiziyasına müsahibəsində deyib.

"Burada Ermənistandakı siyasətçilər tərəfindən formalaşdırılan qorxu mühitinin əsas rol oynadığını dilə gətirib. Azərbaycan mərkəzi hakimiyyətinin Qarabağ ermənilərini yaşadıqları məkanda qalmağa, ərazini tərk etməməyə çağırıb, onlara tam hüquqlu Azərbaycan vətəndaşlığı təklif edib. Onlara Azərbaycan Konstitusiyası çərçivəsində nəzərdə tutulan hüquq və azadlıqlardan, eləcə də təhlükəsizlik təminatlarından yararlanmaq tövsiyə olunub", - deyə səfir əlavə edib.

Səfir həmçinin, 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdən, 7 şəhər, 900 kəndin tamamilə yerlə yeksan olunmasından, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onlara qarşı törədilən etnik təmizləmə və soyqırımı siyasətindən danışıb.

N. Ağayev azərbaycanlı əhaliyə qarşı törədilən bütün cinayətlərə baxmayaraq, Azərbaycan tərəfinin qisas hisslərindən uzaq olduğunu, eyni əməlləri törətməkdən çəkindiyini vurğulayıb. O, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpası üçün hazırda ən düzgün addımın gələcək barədə düşünmək və iki dövlət arasında ən qısa zamanda sülh sazişinin imzalanmasına nail olmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər.

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır.

WELT TV

https://www.welt.de/politik/ausland/video247803860/Nach-Angriffen-auf-Bergkarabach-Plant-Ihr-Land-Armenien-anzugreifen-Interview-mit-Aserbaidschans-Botschafter.html

https://www.youtube.com/watch?v=TQ1HNUvOvOY

https://www.facebook.com/677737723/videos/688821363179495/ (ingilis dilində subtitrlərlə)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti