...

Ermənistan dilemma qarşısında - Acı durumdan xilasın yeganə yolu (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 9 Oktyabr 2023 19:37 (UTC +04:00)
Ermənistan dilemma qarşısında - Acı durumdan xilasın yeganə yolu (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sentyabrın 19-20-də lokal antiterror tədbirləri keçirməklə öz ərazisindən erməni separatçıları və qanunsuz silahlı birləşmələri tamamilə çıxardı. Bununla da Azərbaycan Ermənistan və havadarlarının əlindən bütün kartları aldı və onların bu günə qədər törətdiyi bütün təxribatçı əməlləri iflasa uğratdı. Artıq Ermənistanın havadarları da köməyinə çata bilmir və Ermənistan dalan ölkə statusunu daha da möhkənmləndirir. Bu gün Ermənistan qarşısında yaranmış çətin vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, sentyabrın 20-də sonra Cənubi Qafqazda yeni siyasi reallıq yaranıb.

“Artıq Ermənistanın qeyri-qanuni silahlı birləşmələri Azərbaycan ərazisindən tam çıxarılıb, qondarma rejim özünü buraxıb. Regiona artıq barış, sülh lazımdır. Hazırda sülh müqaviləsinin imzalanması üçün böyük şans yaranıb. Ermənistan artıq xaricdən özünə havadar axtarmamalıdır, çünki onun havadarları heç bir fayda gətirmədi və gətirməyəcək də.

Sülh müqaviləsindən sonra Cənubi Qafqaz daha sürətlə inkişaf edə bilər. Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanın gələcəyi üçün bir şansdır. Hesab edirəm ki, Ermənistan da özünə sərf edən variantı seçib bizim təkliflərimizi qəbul edəcək”, - deyə E.Həsənov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti