...

Azərbaycan 2026-cı ilə qədər tranzit yükdaşımalara dair HƏDƏFİ

Siyasət Materials 23 Noyabr 2023 16:11 (UTC +04:00)
Azərbaycan 2026-cı ilə qədər tranzit yükdaşımalara dair HƏDƏFİ

Bakı. Trend:

2024−2026-cı illər ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 % artırılaraq 10,7 milyon tondan 13.6 milyon tona çatdırılması hədəflənir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, bu, mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları (qurumları) arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə baş tutacaq.

Ətraflı:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti