...

Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb - Qədir Xəlilov

Siyasət Materials 13 Dekabr 2023 15:50 (UTC +04:00)
Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb - Qədir Xəlilov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda könüllülərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.

Trend xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumunda çıxışı zamanı deyib.

“Biz könüllülərin fəaliyyətini yaxından izləyir, onların bu işini təqdir edirik. Azad olunmuş ərazilər üzrə könüllülər proqramı başlayıb. Proqram çərçivəsində Ağdam, Şuşa, Zəngilan könüllüləri fəaliyyətə başlayıb”, deyə Q.Xəlilov əlavə edib.

Qeyd edək ki, Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumu keçirilir. Həmrəylik forumunda Gənclər və İdman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmilər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti