...

Fransanın gizli niyyəti: Azərbaycan planları necə alt-üst etdi? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 27 Dekabr 2023 20:27 (UTC +04:00)
Fransanın gizli niyyəti: Azərbaycan planları necə alt-üst etdi? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz uzun illərdir ki, Fransanın Azərbaycana qarşı qərəzli və riyakar siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalı dövründə, istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanın ölkəmizə qarşı siyasəti daha da aqressivləşib. Fransanın Azərbaycanda casus şəbəkəsinin aşkarlanması isə onun öz çirkin niyyətindən xəbər verir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov deyib ki, Fransa daim Ermənistanın yanında olub, 44 günlük müharibədən sonra isə, birbaşa Ermənistana himayədarlıq etməyə başlayıb.

“Fransa regionda yeni münaqişə ocağı və öz təsir dairəsini yaratmaq istəyirdi. Azərbaycan buna imkan vermədi, Fransanın Cənubi Qafqazla bağlı bütün planlarını alt-üst etdi”, - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti