...

Mən istərdim ki, Rusiyadakı prezident seçkilərində Azərbaycandakı kimi seçici fəallığı olsun - Deputat

Siyasət Materials 8 Fevral 2024 00:10 (UTC +04:00)
Mən istərdim ki, Rusiyadakı prezident seçkilərində Azərbaycandakı kimi seçici fəallığı olsun - Deputat
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mən istərdim ki, Rusiyada keçiriləcək prezident seçkilərində Azərbaycandakı kimi seçici fəallığı olsun.

Bu barədə Trend-ə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

"Biz bir çox məntəqələrdə olduq. Mən uzun illərdir ki, bir çox ölkələrdə seçkilərin monitorinqində iştirak etmiş müşahidəçiyəm və ilk dəfədir ki, insanların belə səs vermək istəyini görürəm. Saatlarla növbədə dayandılar. Seçkilərdə həm yaşlı, həm də gənc seçicilər çox idi. İnsanlarla danışdım və gördüm ki, onlar ürəkləri ilə səsverməyə gediblər. Bura gəldiyim üçün çox şadam. Mənim üçün bu, yəqin ki, martda Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində böyük bir dopinqdir. Mən çox istərdim ki, Rusiyadakı seçicilərimiz də səsvermədə iştirak etmək arzusunda olsunlar", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edib.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti