...

Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq imkanı var - Almaniya XİN rəhbəri

Siyasət Materials 28 Fevral 2024 22:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.

Trend xəbər verir ki, onun sözlərinə görə, Almaniya münaqişənin həlli istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra hazırda davamlı sülhə nail olmaq imkanı var”, - deyə Berbok Berlində iki ölkənin xarici işlər nazirləri ilə görüşündə bildirib.

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb. O deyib ki, irəli getmək qətiyyət tələb edir.

Xəbər lenti

Xəbər lenti