...

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasındakı görüşü pozitiv adlandırmaq olar - ŞƏRH

Siyasət Materials 29 Fevral 2024 15:04 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Berlindəki görüşü Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin qorunması, onun dayanıqlı məcraya keçməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan bununla bir daha göstərdi ki, Qərb müstəvisində, ümumiyyətlə, bütün platformalarda danışıqlara açıqdır.

"Ermənistan çox çalışır ki, Qərb dairələrinin moderatorluğu ilə görüşlər keçirilsin və burada İrəvan müəyyən üstün mövqelərə sahiblənsin. Digər tərəfdən, Azərbaycan həm də danışıqlarda iştirak edən geopolitik mərkəzin heç bir əhəmiyyəti olmadığını bir daha isbatladı. Almaniyanın xarici işlər naziri Annalena Berbok da bildirdi ki, tərəflər keçmişi unudaraq, gələcəyə baxırlar. Bu baxımdan, bu görüşü pozitiv adlandırmaq olar. Əsas məsələ odur ki, danışıqlar konstruktiv məcrada keçirilsin.

Danışıqlarla bağlı əldə olunan razılıqlar inkişaf etdirilsin. Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş müsbət dəyərləndirilsə də, biz ardınca gördük ki, Ermənistanın baş naziri Fransaya səfər elədi. Orada Ermənistanın silahlandırılmasına dair vədlər verildi.

Ardınca Fransanın müdafiə naziri İrəvana səfər edərək, öz təyyarəsində hərbi təyinatlı məhsullar apardı. Bütün bunlar sülh əleyhinə olan Fransanın da niyyətlərini göstərir. Bir tərəfdən Almaniya danışıqların pozitiv əhvalda dərinləşdirilməsinin tərəfdarıdır, digər tərəfdən Avropa İttifaqını təmsil edən dövlət sülh əleyhinə davranışları ilə diqqət çəkir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti