...

San-Marino Respublikasının Kapitan-Regentləri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Siyasət Materials 4 Mart 2024 15:12 (UTC +04:00)
San-Marino Respublikasının Kapitan-Regentləri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Bakı. Trend:

San-Marino Respublikasının Kapitan-Regentləri Filippo Tamanyini və Qaetano Troina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və bu ali vəzifədə fəaliyyətə başlamağınız münasibətilə San-Marino Respublikasının dövlət qurumları və xalqı adından Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Sizə hörmət və ehtiramımızı bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti