...

Qlobal nizam artıq işləmir - BMT rəsmisi

Siyasət Materials 14 Mart 2024 11:31 (UTC +04:00)
Qlobal nizam artıq işləmir - BMT rəsmisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Bakı Forumu ən tanınan platformalardan birinə çevrilib.

Trend xəbər verir ki, BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

“Bizim mövzumuz parçalanan dünyanın bərpasıdır. Bütün dünya zəif idarəçilik və təsisatlardan əziyyət çəkir. Parçalanan dünyanın səbəbləri cəzasızlıq, zəif idarəçilik və sülhün olmamasıdır. Dünyada sülhün qurulması konsepsiyası yenidən qurulmalıdır. Bakıdan bəyan edirəm ki, danışıqları mövcud olan vəziyyəti dondurmaq üçün yox, həlli üçün aparmalıyıq. Qlobal nizam artıq işləmir. Biz artıq yeni erada yaşayırıq”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti