Bakı. Trend:
Bir sıra beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi də özünün neytrallığını artıq çoxdan itirib.
Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bütün proseslərdə faktiki öz nizamnaməsinə uyğun olaraq deyil, ayrı-ayrı ölkələrin bu təsisat qarşısına qoyduqları vəzifələri həyata keçirməklə məşğuldur.
"Birinci Qarabağ müharibəsi dövründə də BQXK-nin fəaliyyəti əsir və girov götürülən azərbaycanlılara qarşı münasibətdə tamam başqa mövqe sərgiləyirdi. Prinsip etibarıyla Xocalıda və digər ərazilərimizdə vətəndaşlarımızın kütləvi məzarlıqları aşkarlanırsa bunun məsuliyyəti həm də BQXK-nin üzərinə düşür. Çünki bu missiya faktiki olaraq işğalçılarla iş birliyində olmasaydı, əsirlikdə olan azərbaycanlılar haqqında dəqiq məlumatın əldə olunmasında iştirak etsəydi, bu gün kütləvi məzarlıqların indiki səviyyədə şahidi olmazdıq. Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK onların tapılması və geri qaytarılması istiqamətində iş aparmadı", - o deyib.
E. Mirzəbəyli qeyd edib ki, biz İkinci Qarabağ müharibəsi zamanı da BQXK-nin riyakar davranışlarının şahidi olduq.
"İkinci Qarabağ müharibəsi zamanı BQXK fəal şəkildə ermənilərin problemlərinin həlli prosesinə qoşuldu və 1700-dən artıq erməni hərbçisinin cəsədi Ermənistana verildi", - deyə o qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik: