...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edildi

Siyasət Materials 22 İyul 2024 11:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkiləri üçün irəli sürdüyü namizədlərin siyahısında dəyişiklik edib.

Trend- xəbər verir ki, YAP İdarə Heyətinin 17 iyul tarixli qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb. YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.

Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Qanunvericiliyin tələbinə əsasən, qızının deputatlığa namizəd olması üçün Şaitdin Əliyevin MSK üzvlüyündən istefa verməsi tələb olunurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti