...

Ermənilər Tovuz üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərdi

Siyasət Materials 25 İyul 2024 16:03 (UTC +04:00)
Ermənilər Tovuz üzərində  kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti