...

Erməni irqçilər Qarabağla bağlı həqiqətə görə Böyük Britaniyanın XİN rəhbərinə hücum ediblər

Siyasət Materials 19 Sentyabr 2024 15:45 (UTC +04:00)
Erməni irqçilər Qarabağla bağlı həqiqətə görə Böyük Britaniyanın XİN rəhbərinə hücum ediblər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ANC UK - Böyük Britaniyadakı ən böyük erməni lobbi təşkilatı - ölkənin xarici işlər naziri Devid Lemmiyə qarşı kampaniya başladıb.

Trend xəbər verir ki, Lemmi 2023-cü ildə Azərbaycanın Qarabağdakı antiterror tədbirləri barədə danışarkən, "Azərbaycan 90-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib", deyə xatırladıb.

Əlbəttə, ermənilər bu "zərbəyə" dözə bilmədilər. Artıq ANC UK sosial şəbəkələrdə britaniyalı siyasətçini "cinayət və soyqırımı" dəstəkləməkdə ittiham edən yazılar paylaşır. Şərhçilər isə naziri şiddətlə təhqir etməyə başlayıb. Onlardan bu cür aşağılamalardan başqa nə gözlənilə bilərdi ki?

Erməni revanşistləri arasında bu qarışıqlıq yalnız başlanğıcdır. Reallıqla barışmaq əvəzinə, onlar yalanlarını beynəlxalq cəmiyyətə çatdırmağa çalışırlar.

Lemminin sözləri isə əslində onu göstərir ki, dünya cəmiyyəti artıq Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Ermənistanın hadisələri necə şərh etməsi isə, demək olar ki, kimsəni maraqlandırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti