Bakı. Trend:
İtaliya Respublikasında rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti
və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra
məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanov da iştirak
edib.