Bakı. Trend:
Tacikistan 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək.
Trend xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının Moskvada geniş tərkibdə keçirilən iclasında deyib.
Rusiya prezidenti Tacikistan dövlət başçısı Emoməli Rəhmona ölkəsi MDB-yə sədr olduqdan sonra kömək etməyə söz verib.
"Rusiyadan sonra MDB-də sədrlik 2025-ci il yanvarın 1-dən tacik dostlarımıza keçəcək. Biz Tacikistan prezidenti Emoməli Şaripoviç Rəhmona və Tacikistandakı bütün həmkarlarımıza uğurlar arzulayırıq. Biz öz gücümüzlə lazım olan bütün yardımları göstərəcəyik", - deyə o bildirib.