...

Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın bütün mədəni irsini məhv ediblər – Raymond Bondin

Siyasət Materials 5 Dekabr 2024 19:35 (UTC +04:00)
Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın bütün mədəni irsini məhv ediblər – Raymond Bondin
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın bütün mədəni irsini məhv ediblər.

Trend xəbər verir ki, bunu UNESCO üzrə Malta Respublikasının Milli Komissiyasının sədri Reymond Bondin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.

"Erməni tərəfinin törətdiyi dağıntılar Azərbaycanın geniş ərazilərini əhatə edib. Ən dəhşətli hallardan biri odur ki, məscidlər heyvan saxlanılması üçün istifadə olunub. Bu, tamamilə qəbuledilməzdir. Bu gün Azərbaycan dağıdılmışların bərpası üçün böyük səylər göstərir. Xüsusilə Şuşada əldə olunan irəliləyişlər məni çox təsirləndirib", - deyə o bildirib.

Onun sözlərinə görə, mədəni irs məsələlərinə daha çox diqqət yetirilməlidir, çünki bu, milləti formalaşdıran ən mühüm elementlərdən biridir.

Qeyd edək ki, Bakıda "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda Qərbi Azərbaycan İcmasının II beynəlxalq konfransı keçirilib.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunub: Qərbi azərbaycanlıların Ermənistandan çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsin bərpası və bu sahədə diplomatik səylər.

Xatırladaq ki, hər il 5 dekabr tarixi 1987–1991-ci illərdə Qərbi azərbaycanlıların deportasiyasının ildönümü kimi qeyd olunur. Ötən il də bu mövzuda analoji beynəlxalq konfrans keçirilmişdi. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunmuş beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti