Bakı. Trend:
Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
"15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edəcək", - deyə XİN-dən bildirilib.
Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:
Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5
Telefon: (+98 21) 22 59 62 90/91
Faks: 22596310
Elektron poçt: [email protected]