...

Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimi başa çatdı (VİDEO)

Siyasət Materials 11 Fevral 2025 12:23 (UTC +04:00)
Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimi başa çatdı (VİDEO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.
Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti