...

Prezident İlham Əliyev: İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

Siyasət Materials 12 Fevral 2025 10:37 (UTC +04:00)
Prezident İlham Əliyev: İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

“Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq”, - deyən dövlətimizin başçısı heç də hər bir ölkənin bunu etmək üçün potensiala malik olmadığını vurğulayıb. Prezident İlham Əliyev, həmçinin bildirib “İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti