...

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq

Siyasət Materials 12 Fevral 2025 10:41 (UTC +04:00)
Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.

Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmizin çox müsbət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti