...

VMedia-dan ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti haqqında yeni VİDEO

Siyasət Materials 14 Fevral 2025 15:57 (UTC +04:00)
VMedia-dan ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti haqqında yeni VİDEO
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

VMedia "YouTube" kanalı sosial şəbəkələrdə 1993-cü ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla "Yerkrap" yaraqlılarının görüşünün səs yazısını şərh edən yeni video (https://www.youtube.com/watch?v=cM-fbm6PQrU) ​​yayımlayıb. O vaxt Ermənistanın prezidenti olan Ter-Petrosyan (!) azərbaycanlıların Ermənistandan qovulmasının “erməni xalqının əzəli arzusu” olduğunu bəyan etdi və sonra toplaşanları Ağdamın işğal edilməsi münasibətilə təbrik etdi.

VMedia kanalının videosunda ardıcıl olaraq sübut edilir ki, bu “erməni xalqının əzəli arzusu” beynəlxalq hüquqda aydın və sərt izaha malikdir: soyqırımı. Azərbaycan xalqının soyqırımı. Məhz buna görə də Ermənistan hazırda Qafqazda yeganə monoetnik dövlətdir. Yəni Ermənistanın monoetnik olması azərbaycanlılara qarşı etnik təmizləmənin birbaşa nəticəsidir.

Belə ki, VMedia filmi bizə bu prosesin Cənubi Qafqazın Rusiya imperiyasının tabeliyində olduğu dövrdə, 1828-ci ildə Çar Rusiyasının erməniləri Qafqaza köçürməyə başladığı dövrdə başladığından xəbər verir. Daha sonra ötən əsrin əvvəllərində davam etdi və 1918-1920-ci illərdə Ermənistanın müstəqilliyi və daşnak hakimiyyəti dövründə maksimum pik həddinə çatdı. Sovet dövründə Stalinin 1947-1948-ci il fərmanları ilə azərbaycanlıların Ermənistandan Azərbaycana deportasiyası baş verdi. Nəhayət, 1888-ci ilin noyabrında soyqırımının növbəti mərhələsində 200 mindən çox azərbaycanlı qovuldu. Ermənistanın monoetnikləşməsi məhz belə oldu və Ter-Petrosyan "Yerkrap" yaraqlıları ilə görüşdə məhz bunu nəzərdə tuturdu.

Önəmli olan odur ki, videoçarxdakı faktlar Cənubi Qafqazın tarixi və müasir reallıqları haqqında geniş təsəvvürə malik olmayan tamaşaçılara belə başa düşülən şəkildə təqdim edilib.

Ona görə də filmi sosial şəbəkələrdə ən geniş auditoriyaya çatdırmaq olar. Video ingilis dilində də mövcuddur. https://www.youtube.com/watch?v=OQV5oWZDPT0

Xəbər lenti

Xəbər lenti