...

Azərbaycan Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni tanımır - XİN

Siyasət Materials 16 Fevral 2025 00:03 (UTC +04:00)
Azərbaycan Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni tanımır - XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanatında deyilir.

“Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.

Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, - bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti