...

Prezidenti İlham Əliyev Litva Prezidentini təbrik edib

Siyasət Materials 16 Fevral 2025 11:21 (UTC +04:00)
Prezidenti İlham Əliyev Litva Prezidentini təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbriki məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti