...

Ceyhun Bayramov birinci dərəcəli "Serbiya Bayrağı" ordeni ilə təltif olunub

Siyasət Materials 16 Fevral 2025 18:12 (UTC +04:00)
Ceyhun Bayramov birinci dərəcəli "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov birinci dərəcəli "Serbiya Bayrağı" ordeni ilə təltif olunub.

Trend xəbər verir ki, ordeni nazirə Serbiya Prezidenti Aleksandar Vuçiç təqdim edib.

Ceyhun Bayramov bu ordeni ilə təltif olunmasının onun üçün müstəsna şərəf olduğunu deyib. O Serbiya Prezidentinə və hökumət üzvlərinə təşəkkür edib.

Qeyd edək ki, Ceyhun Bayramovun Serbiyaya səfəri çərçivəsində ölkənin yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti