Bakı. Trend:
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Trend xəbər verir ki, sənədə əsasən, sahibkarlıq sahəsində yoxlamaların aparılması daha bir il dayandırılıb.
Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, sözügedən qərarın müddəti bu ilin yanvarın 1-də başa çatmışdı.