...

Prezident İlham Əliyev Diplomatik xidmət haqqında qanunu təsdiqləyib

Siyasət Materials 17 Fevral 2025 13:48 (UTC +04:00)
Prezident İlham Əliyev Diplomatik xidmət haqqında qanunu təsdiqləyib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Diplomatik xidmət haqqında qanunu təsdiqləyib.

Trend xəbər verir ki, sənədə əsasən, bu qanun Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.

Qeyd edək ki, dövlət başçısı “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman da imzalayıb.

Xəbər lenti

Xəbər lenti